Libertar sosializm və ya libertarian sosializm (bəzən eyni ideologiya olmasa da, sosialist anarxizmi adlanır.[1][2]), nəzarətsiz, iqtisadi və ya sosial təbəqələri olmayan, fərdi azadlıq və bərabərliyə əsaslanan, əldə etmək və istifadə etmək üçün bərabər imkanlar təmin edən bütün növ anarxist xüsusiyyətləri özündə cəmləyən sosializm anlayışıdır.[3]
Bu idealogiyaya görə, bərabərlik və azadlıq ancaq xüsusi mülkiyyətə son qoymaqla mümkün olacaq.[4] ilk növbədə istehsal imkanları və resurslar bütün cəmiyyəti əhatə edəcək şəkildə paylaşdırılmalıdır. Bununla belə, libertar sosializm qeyri-qanuni hakimiyyəti müəyyənləşdirmək, onu tənqid etmək və son nəticədə onun ictimai həyatın hər sahəsində mövcudluğunu aradan qaldırmaq məqsədi daşıyır.[5]
İdarəetmə sosializminə digər yanaşmalar dövlətdə və ya siyasi partiyalarda hökmranlıq yaratmaq üçün iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində fəaliyyət göstərdiyi halda; Libertar sosialistlər, birliklər, peşə palataları, fəhlə şuraları, bələdiyyələr, vətəndaş məclisləri (məclisləri) və s. kimi birbaşa demokratiyanın həyata keçirilə biləcəyi qeyri-bürokratik sahələrə diqqət yetirirlər.[6] Libertar sosialistlər dövlət quruluşunu kapitalist sinfi hökmranlığının divarları və qalası kimi qəbul edirlər.[7]
Libertar sosializm kimi təsvir edilən siyasi fəlsəfəyə anarxizmin anarxo-kommunizm, anarxo-kollektivizm, anarxo-sindikalizm,[8] tərəfdaşlıq,[9] sosial ekologiya,[10] özünüidarəetmə və şura kommunizmi kimi variantları daxildir.[11] Bəzi mənbələr libertar sosializmi anarxizm[12] və sosialist anarxizmi ilə qismən və konnotativ şəkildə əlaqələndirirlər. Lakin bu anlayışlar arasında müəyyən fərqlər də mövcuddur.[1][2]